PSJ Neymarın satış qiymətini açıqladı

PSJ Neymarın satış qiymətini açıqladı
PSJ-nin prezidenti Nasser Əl-Xəlafi Neymarın satış qiymətini müəyyənləşdirib.
Fanat.Az sport.es-ə istinadən xəbər verir ki, Paris klubu braziliyalı futbolçunu 100 milyon avrodan aşağı qiymətə satmayacaq. 
Həmçinin rəhbərlik Neymarla müqavilənin müddətinin uzadılması imkanına optimist baxır. Ancaq hazırda bununla bağlı danışıqlarda irəliləyiş yoxdu.
Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ilin yayında "Barselona"dan rekord məbləğə - 222 milyon avroya transfer olunub. Futbolçu Paris klubu ilə üç dəfə Fransa çempionu olub, iki dəfə ölkə Kubokunu qazanıb, həmçinin Liqa Kuboku və milli Superkuboku udub. Oyunçunun müqaviləsi 2022-ci il ilin yayına qədər qüvvədədi.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər