Fransa Kubokunun qaydaları azarkeşləə Lionel Messini bir daha 10 nömrəli forma ilə izləmək şansı verib.
Fanat.Az xəbər verir ki PSJ-də "30 nömrə" ilə izlədiyimiz Messi Fransa kubokunun 1/16 finalında "Nitsa" ilə ötən gecə baş tutan qarşılaşmada klassik 10 nömrəli formanı geyinib.
Baxmayaraq ki, bu nömrə PSJ-də Neymara məxsusdur. Ancaq kubokda maraqlı bir qayda uzun müddətdi koronavirusa yoluxduğu üçün komandadan uzaq düşən Messinin "10"-a qayıtmasına imkan verib.
Fransa Kubokunda davam edən ənənəyə görə, 1/16-dan sonra komandalardan meydana çıxan 11 oyunçuya 1-dən 11-ə qədər nömrələr verməyi tələb edir.
Digər tərəfdən, zədəli Neymarın heyətdə olmaması ilk "11-lik"də 10 nömrənin Messiyə verilməsinə şərait yaradıb.
Qeyd edək ki, PSJ "Nitsa" ilə əsas və əlavə vaxtı qolsuz heç-heçə başa çatan oyunu penaltilər seriyasında uduzub. Beləliklə, parislilər kubokdan kənarlaşdırılıb və "Nitsa" növbəti mərhələyə yüksəlib.
Mirağa