PSJ Neymarı saxlamaq üçün cəlbedici təklif hazırladı - SON DURUM

PSJ Neymarı saxlamaq üçün cəlbedici təklif hazırladı - SON DURUM
PSJ "Barselona”nın geri qaytarmaq istədiyi Neymarı itirmək niyyətində deyil.
Fanat.Az xəbər verir ki, italiyalı jurnalist Nikolo Şira "Twitter”də Fransa təmsilçisinin braziliyalı ulduzla bağlı planlarından yazıb. Şira PSJ-nin cənubi amerikalıya yeni müqavilə təklif etməyə hazırlaşdığını vurğulayıb.
Parislilərin müddəti 2025-ci ilə qədər olan yeni sözləşmə planının Neymarı fikrindən daşındıracağı vurğulanıb. Bu sazişə imza atacağı halda, Braziliya millisinin lideri ildə 38 milyon avro maaş alacaq.
Qeyd edək ki, Neymarın Paris təmsilçisi ilə hazırkı anlaşması 2022-ci ildə qüvvədən düşəcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər