PSJ Neymarı satıb, onu alır

PSJ Neymarı satıb, onu alır
PSJ "Atletiko"nun futbolçusu Antoine Qrizmannı transfer etmək istəyir.
Fanat.Az AS qəzetinə istinadən xəbər verir ki, Paris klubu fransız hücumçuya komandadan ayrılacağı iddia edilən Neymarın əvəzləyicisi kimi baxır. PSJ Qrizmann üçün "Atletiko”ya 150 milyon avro təklif edəcək.
Qeyd edək ki, Neymarın Parisdə xoşbəxt olmadığı və getmək istədiyi bildirilir. PSJ də braziliyalı futbolçunu satmağa razıdı. Fransızlar "Barselona"dan 222 milyon avroya transfer etdikləri futbolçu üçün 220 milyon avro tələb edir. Onun xidmətində sabiq klubu "Barselona" və "Real"ın maraqlı olduğu bildirilir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər