PSJ Neymarı hələ də sifariş etməyib- SƏBƏB

PSJ Neymarı hələ də sifariş etməyib- SƏBƏB

Neymarın PSJ formasıyla debütü növbəti dəfə təxirə düşə bilər. 

Fanat.Az Fransa mətbuatına istinadən xəbər verir ki, "Barselona" 222 milyon avroya Paris klubuna satdığı braziliyalının transfer sertifikatını hələ də göndərməyib.

Bu üzdən parislilər superulduzun adını çempionatın iştirak ərizəsinə sala bilmir. Liqa 1-in ikinci turu çərçivəsində bu bazar səfərdə "Genqam"ın qonağı olacaq PSJ şənbə günü lazım olan sənədləri almasa, Neymar ilk turdakı kimi, komandasının oyununa yenə tribunadan baxacaq.

Mənbə Kataloniya klubunun fransızları 18 avqust tarixinədək ləngidə biləcəyini vurğulayıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər