PSJ müdafiəçisinə müştəri axtarır

PSJ müdafiəçisinə müştəri axtarır

PSJ klubunun perspektivli müdafiəçisi Əl-Şaday Bitşiabu yeni mövsümə Paris klubunda başlamayacaq.

Fanat.Az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb. 

Paytaxt klubu 17 yaşlı futbolçunun oyun praktikası qazanması üçün onu icarəyə verməyə hazırlaşır. Milan Şkrinyarın potensial transferi, eləcə də Presnel Kimpembenin sıraya dönməsi gənc müdafiəçinin Fransa nəhənginin start heyətinə düşməsini qeyri-mümkün edəcək.

Bitşiabu bu mövsüm Liqa 1-də səkkiz oyuna çıxıb və Çempionlar Liqasında "Bayern Münhen"ə qarşı debüt edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər