PSJ Messinin həmyerlisinə "elçi düşdü"

PSJ Messinin həmyerlisinə "elçi düşdü"

"Benfika"nın və Argentina millisinin yarımmüdafiəçisi Enzo Fernandes karyerasını Fransa çempionatında davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb.

Mənbənin məlumatına görə, 21 yaşlı argentinalı futbolçunun xidmətində PSJ maraqlıdır.

Futbolçu ilə "Real Madrid", "Barselona", "Liverpul" və "Arsenal" da maraqlanır.

Xatırladaq ki, Fernandes 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının ən yaxşı gənc futbolçusu olub. Argentina millisi finalda Fransa yığmasına qalib gələrək (penaltilərdə 3:3, 4:2) turnirin qalibi olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər