PSJ Lionel Messi və Serxio Ramosla yeni müqavilə üçün apardığı danışıqları dayandırıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Lequipe" yayıb.
Mənbənin məlumatına görə, klub rəhbərliyi ulduz futolçularla müqavilənin uzadılması ilə bağlı danışıqları bərpa etmək üçün mövsümün sonuna qədər gözləyəcək. Fransa nəhəngi maliyyə feyr-pleyinə (FFP) görə yeni sanksiyalar təhlükəsindən ehtiyatlanır. Nəşr iddia edib ki, futbolçularla danışıqları qeyri-rəsmi şəkildə davam etdirəcək, lakin yeni müqavilələr yalnız maliyyə uyğunluğundan sonra imzalana bilər.
Fransa mətbuatı PSJ-nin FFP-yə əməl etmək üçün beş oyunçudan yaxa qurtarmaq niyyətində olduğunu iddia edir.
Mirağa