PSJ Messi - Ronaldu duelindən milyonlar qazanacaq - İnanılmaz məbləğ

PSJ Messi - Ronaldu duelindən milyonlar qazanacaq - İnanılmaz məbləğ

PSJ Səudiyyə Ərəbistanının "Əl-Nəsr" və "Əl-Hilal" klublarının futbolçularından ibarət komanda ilə yoldaşlıq görüşünə görə büdcəsini zənginləşdirəcək.

Fanat.Az xəbər verir ki, məlumatı "Lequipe" yayıb. 

Mənbənin məlumatına görə, Fransa klubu ərəblərdən 10 milyon avro alacaq. 

Görüş yanvarın 19-da baş tutacaq və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Xatırladaq ki, ötən ilin sonunda portuqaliyalı hücumçu Kriştianu Ronaldu “Əl-Nəsr”ə keçib və hələ yeni klubunda bir oyun belə keçirməyib. O, qarşıdakı oyunda Səudiyyə Ərəbistanının "Ulduzlar komandası"nın kapitanı olacaq.

PSJ 19 matçdan sonra 47 xalla Liqa 1-in turnir cədvəlinə başçılıq edir. Baxmayaraq ki, Lionel Messinin komandası Fransa çempionatının son üç oyununda iki məğlubiyyətlə üzləşib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər