PSJ Messi ilə bağlı durumu sığortalamağa tələsir

PSJ Messi ilə bağlı durumu sığortalamağa tələsir

PSJ argentinalı ulduzu Lionel Messi ilə vaxt itirmədən müqavilə yeniləmək istəyir.

Fanat.Az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, parislilər onun başqa komandaya üz tuta biləcəyindən narahatdır.  

Xəbərə görə, yeni baş məşqçi Kristof Qaltyenin gəlişindən sonra özünü komandada xoşbəxt hiss edən Leo da müqavilənin yenilənməsində maraqlıdır.

Qeyd edək ki, ötən yay "Barselona"dan ayrılaraq azad agent qismində PSJ-yə qoşulan Messinin Fransa klubu ilə olan indiki müqaviləsinin müddəti 2023-cü ilin yayına qədərdir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər