"PSJ komanda deyil, xaos yuvasıdır"

"PSJ komanda deyil, xaos yuvasıdır"

"Liverpul"un və İngiltərə millisinin sabiq müdafiəçisi Ceymi Karrager Çempionlar Liqasının 1/8 final mərhələsinin hər iki oyununda "Bayern Münhen"ə uduzaraq (0:1, 0:2) mübarizəni dayandıran PSJ-nin məğlubiyyətinə görə şad olduğunu deyib.

Fanat.Az xəbər verir ki, o, fikirlərini "CBS Sports"a bölüşüb:

"Şadam ki, onlar 1/4 finala adlaya bilmədilər. PSJ-dən xoşum gəlmir. Bu, komanda deyil, xaos yuvasıdır. Son 7 ildə hamıdan çox pul xərclədikləri halda, 5 dəfə 1/8 finalda dayanıblar. Onların heyətində dünyanın ən yaxşı futbolçuları var. Hərçənd futbolda əsl komanda olmaq vacib məsələdir. Hə, fərdi cəhətdən parlaq oyunçuları bir arada görmək hamımızın xoşuna gəlir, ancaq  PSJ komanda deyil. Kilian Mbappe klubunu dəyişməlidir".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər