PSJ klubu Milan Şkrinyarın transferi üçün İtaliya "İnter"i ilə danışıqlar aparır.
Fanat.Az xəbər verir ki, məlumatı "Le Parisien" yayıb.
Mənbənin məlumatına görə, İtaliya təmsilçisi 27 yaşlı müdafiəçi üçün bonuslar da daxil olmaqla, 80 milyon avro tələb edir. PSJ isə qarşı tərəfə 60 milyon avrodan çox vermək istəmir.
Şkrinyarın "İnter"lə hazırkı müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub. Müdafiəçi ilə "Tottenhem"in da maraqlandığı bildirilir.
Xatırladaq ki, Şkrinjar 2017-ci ildə "Sampdoriya"dan "İnter"ə keçmişdi. Ötən mövsüm müdafiəçi İtaliya A Seriyasında 35 matçda iştirak edib və 3 qol vurub. O, 2016-cı ildən Slovakiya millisinə çağırılır.
Mirağa