PSJ-i Neymarı bu qiymətdən aşağı satmayacaq

PSJ-i Neymarı bu qiymətdən aşağı satmayacaq

PSJ transferə çıxardığı Neymar üçün qiymət müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sports" yayıb.

Mənbə Paris təmsilçisinin 31 yaşlı ulduzu 58 milyon avrodan ucuz satmayacağını açıqlayıb.

Daha öncə "Barselona"nın baş məşqçisi Xavinin Neymarın 2013 - 2017-ci illərdə formasını geyindiyi Kataloniya klubuna qaytarılmasını istəmədiyi, eləcə də "Çelsi"nin braziliyalı forvard üçün PSJ ilə danışıq apardığı barədə məlumatlar yayılıb. 

Xatırladaq ki, Neymar sosial şəbəkə hesablarında PSJ-nin futbolçusu olması ilə bağlı məlumatları silib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər