PSJ: Növbəti hədəf Levandovskidir

PSJ: Növbəti hədəf Levandovskidir

PSJ, hücumçu Kilian Mbappenin (Kylian Mbappe) bu transfer pəncərəsində klubu tərk edəcəyi təqdirdə onu əvəz etmək variantlarını nəzərdən keçirməyə başlayıb.

Fanat.Az xəbər verir ki, bu barədə "GFFN" saytının əməkdaşı Simone Rivera məlumat yayıb.

Həftə sonu PSJ rəhbərliyi tanınmış futbol agenti Pini Zahavi ilə görüş keçirib. Görüşdə Robert Levandovski (Robert Lewandowski) və Kinqsli Komanın (Kingsley Koman) kluba keçidi müzakirə olunub.

Xatırladaq ki, dünən "Real Madrid" klubu PSJ-yə rəsmi olaraq, Mbappe üçün 160 milyon avro təklif göndərib, fransızlar isə bu təklifi rədd edib.

Emin Şəmsiyev  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər