PSJ evdə xal itirdi

PSJ evdə xal itirdi

Fransa Liqa 1-də 19-cu tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 6 görü. baş tutub.

Günün əksər qarşılaşması bərabərliklə yekunlaşıb. Hətta lider PSJ də evdə “Brest”lə “sülh bağlayıb”. Yalnız “Tuluza” evdə “Lans”a uduzub.

Hazırda 44 xala malik PSJ vahid liderdir. “Nitsa” 38 xalla ikinci, “Brest” 35 xalla üçüncü pillədə qərarlaşıb. “Monako” 34, “Lill” 32, “Reyms” 30 xal toplayıb. 

Fransa Liqa 1 19-cu tur 26 yanvar

Olimpik (Lion) – Renn 2:3 Qollar: Enrike, 57. Lakasette, 78 – Terrye, 22; 41. Due, 36.

27 yanvar

Nitsa – Mets 1:0 Qol: Gessan, 77-pen.

Olimpik (Marsel) – Monako 2:2 Qollar: Obameyanq, 38. Balerdi, 50 – Ben Yedder, 7. Akliuşe, 45+3.

28 yanvar

Monpelye – Lill 0:0

Klermon – Strasburq 1:1 Qollar: Nikolson, 52 – Dion, 34.

Loryan – Havr 3:3 Qollar: Luza, 33. Kari, 51. Bamba, 90+1 – Sabbi, 15-pen. Ayyu, 85; 90+3.

Reyms – Nant 0:0

Tuluza – Lans 0:2 Qollar: D.Kosta, 42. Diuf, 55.

PSJ – Brest 2:2 Qollar: Asensio, 38. Kolo Muani, 45 – Kamara, 55. Pereyra, 80.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər