PSJ dünya çempionu ilə güclənməyi planlaşdırır

PSJ dünya çempionu ilə güclənməyi planlaşdırır

PSJ "Bayern Münhen"in futbolçusunu heyətinə qatmağı planlaşdırır.

Fanat.Az xəbər verir ki, bu, fransalı müdafiəçi Lukas Hernandesdir.

İnformasiyanı sosial şəbəkə hesabı üzərindən jurnalist Adrien Qrenye yayıb.

Mənbə Paris klubunun qarşı tərəfə indilik rəsmi təklif göndərmədiyini, lakin hadisələrin gedişini nəzarətdə saxladığını vurğulayıb.

Qeyd edək ki, Fransa millisinin də üzvü olan Hernandes 2019-cu ildən PSJ-dədir. Son mövsümdə "Bayern" forması ilə ümumilikdə 34 matça çıxan dünya çempionu 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı sözügedən müdafiəçinin transfer qiymətini 50 milyon avro ilə dəyərləndirir. Hernandesin Almaniya nəhəngi ilə olan müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər