PSJ-dən səfərdə xal itkisi

PSJ-dən səfərdə xal itkisi

Fransa Liqa 1-də 16-cı tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 6 görüş baş tutub.

“Tuluza” - “Renn” matçı qolsuz bitib. “Nant” “Brest”ə, “Loryan” “Strasburq”a, “Mets” “Monpelye”yə evdə məğlub olub. Marsel “Olimpik”i isə “Klermon”la ev oyunundan qələbə ilə ayrılıb. “Lill” PSJ-ni qəbul edib. Paris təmsilçisi qələbəni son anda əldən verib.

Hazırda 37 xala malik PSJ vahid liderdir. “Nitsa” 32 xalla ikinci, “Monako” 30 xalla üçüncüdür. “Lill” və “Brest” 28, Marsel “Olimpik”i ilə “Lans” 26 xal toplayıb.

Fransa Liqa 1 16-cı tur 15 dekabr

Monako – Olimpik (Lion) 0:1 Qol: Jeffinyo, 85.

16 dekabr

Havr – Nitsa 3:1 Qollar: Sabbi, 5; 35. Bayo, 51-pen – Luşe, 90+1.

Lans – Reyms 2:0 Qollar: Said, 43. Kortes, 75.

17 dekabr

Nant – Brest 0:2 Qollar: Maqnetti, 49. Munye, 57.

Loryan – Strasburq 1:2 Qollar: Dienq, 53 – Bakva, 14. Qameyro, 49.

Mets – Monpelye 0:1 Qol: Esteve, 9.

Tuluza – Renn 0:0

Olimpik (Marsel) – Klermon 2:1 Qollar: Murilyo, 26. Harit, 42 – Allevina, 58.

Lill – PSJ 1:1 Qollar: David, 90+3 - Mbappe, 66-pen.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər