Fransa çempionatında 36-cı tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, “Ayaçço” evdə “Renn”ə, “Loryan” isə “Lans”a uduzub.
Lider PSJ də səfərdə “Oser” üzərində qələbəyə sevinib.
Hazırda 84 xala malik PSJ vahid liderdir. “Lans” 78 xalla ikinci, Marsel “Olimpik”i 73 xalla üçüncü pillədə qərarlaşıb. “Monako” 65, “Lill” 63, “Renn” 62, Lion “Olimpik”i 59 xal toplayıb.
Fransa, Liqa 1 36-cı tur 19 may
Olimpik (Lion) – Monako 3:1 Qol: Lakazette, 38. Kakre, 57. Çerki, 78 – Ben Yedder, 2-pen.
20 may
Nant – Monpelye 0:3 Qol: Ferri, 38. Nordin, 47. Sako, 88.
Lill – Olimpik (Marsel) 2:1 Qol: David, 49-pen. Bamba, 72 – Klauss, 29.
21 may
Ayaçço – Renn 0:5 Qol: Santamariya, 14. Quiri, 31; 40; 71. Doku, 37.
Brest – Klermon 2:1 Qol: Honorat, 45; 48 – Neto, 43.
Nitsa – Tuluza 0:0
Reyms – Anje 2:2 Qol: İto, 10. Baloqun, 54 – Şabanoviç, 46. Abdelli, 60.
Trua – Strasburq 1:1 Qol: R.Lopes, 73 – Diarra, 27.
Loryan – Lans 1:3 Qol: Fevr, 6 – Sotoka, 20. Tomasson, 25. Fofana, 87.
Oser – PSJ 1:2 Qol: Sinayoko, 51 – Mbappe, 6; 8.