PSJ klubunun nümayəndəsi Neymarın atasının hesabına rəsmi səbəb olmadan böyük məbləğdə pul köçürüb.
Fanat.Az xəbər verir ki, informasiyanı RAC1 yayıb.
İş onadır ki, "Barselona"nın prezidenti Joan Laporta PSJ-nin hücumçusu Neymarı bu yay geri qaytarmaq istəyir. Bunu bilən Fransa klubunun nümayəndəsi futbolçunun PSJ-də qalmasını təmin etmək üçün Neymarın atasının şəxsi hesabına 20 milyon avro pul köçürüb.
Laporta yayda danışıqlar üçün hücumçunun yanına iki nəfər nümayəndə göndərib. Futbolçu isə "Barselona"ya geri qayıtmaq niyyətində olduğunu bildirib. PSJ-rəhbərliyi Neymarın fikrini futbol aləmində "neqativ hal" kimi dəyərləndirilən yolla dəyişmək istəyib.
Hazırda Neymar özünü klubda, xüsusən də, komanda yoldaşı Lionel Messi ilə xoşbəxt hiss etdiyini bildirib.
Xatırladaq ki, Neymarın PSJ ilə müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.
Emin Şəmsiyev