PSJ-dən maraqlı antirekord

PSJ-dən maraqlı antirekord

Çempionlar Liqasının yarımfinal mərhələsinin hər iki oyununda Dortmund "Borussiya"sına uduzaraq (0:1, 0:1) mübarizəni dayandıran PSJ maraqlı antirekord müəyyənləşdirib.

Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, Paris klubunun turnirin cari mövsümündə ümumilikdə 14 zərbəsi tir və dirəklərə tuş gəlib.

Bunlardan 4-ü ÇL-in yarımfinal mərhələsinin Almaniya təmsilçisi ilə cavab qarşılaşmasında qeydə alınıb. Fransa nəhəngi bu rəqiblə iki görüşdə isə ümumilikdə 6 dəfə tir və dirəkləri nişan alıb.

Qeyd edək ki, "Borussiya" finalda "Real" - "Bayern Münhen" cütünün qalibi ilə qarşılaşacaq. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər