"PSJ-dən güclü saydığım rəqiblə qarşılaşacağıq"

"PSJ-dən güclü saydığım rəqiblə qarşılaşacağıq"

"Bayern Münhen"in İdarə Heyətinin sədri Oliver Kan Çempionlar Liqasının 1/4 final mərhələsinin oyunu - aprelin 11-də "Mançester Siti" ilə səfərdə keçirəcəkləri matç ərəfəsində açıqlama verib.

Fanat.Az-ın məlumatına görə, "Bayern&Germany" onun dediklərini belə çatdırıb:

"Çempionlar Liqasını qazanmalı olduğumuzu deyə bilmərik. Əlbəttə, biz bu turnirin qalibi olmağı arzulayırıq, ancaq belə uğurlar planla qazanılmır. İndi PSJ-dən daha güclü saydığım rəqiblə qarşılaşmalıyıq. Onlar "Liverpul"la çempionat görüşündə (şənbə günü "şəhərlilər" 4:1 hesablı qələbəyə sevinib - red.) nəyə qadir olduqlarını bir daha göstərdilər. Unutmayaq ki, həmin matçda Holand da meydanda deyildi".

Qeyd edək ki, tərəflərin cavab qarşılaşması aprelin 19-da Münhendə baş tutacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər