PSJ-də yeni rekordçu

PSJ-də yeni rekordçu

PSJ Fransa çempionatının 21-ci turunda “Monpelye”ni məğlub edib - 3:1.

Fanat.Az xəbər verir ki, bu matç paytaxt təmsilçisinin futbolçusu Uorren Zair-Emeri üçün əlamətdar olub.

16 yaşlı yarımmüdafiəçi PSJ-nin Liqa 1-də qol vuran ən gənc futbolçusu kimi tarixə düşüb.

Emeri cari mövsüm Paris klubunun heyətində bütün turnirlər daxil olmaqla, 11 oyuna çıxıb və 1 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər