PSJ-də şok: 64,5 milyonluq ulduz Neymara görə komandadan gedir

PSJ-də şok: 64,5 milyonluq ulduz Neymara görə komandadan gedir
Edinson Kavani PSJ-dən ayrılırır. Fanat.Az xəbər verir ki, uruqvaylı ulduz Neymarla aralarında yaranan gərginlikdən sonra özünü Paris klubunda xoşbəxt hiss etmir.
Kavani "Dijon"la oyunda Zlatan İbrahimoviçin rekordunu qırmaq üçün fürsət qazansa da, Neymar penalti zərbəsini onun vurmasına imkan verməmişdi və azarkeşlər tərəfindən fitə basılmışdı. 
Bu hadisədən sonra Kavani rəhbərliyə komandadan getmək istədiyini deyib. Rəhbərliyin də onun gedişinə razılıq verə biləcəyi deyilir. 30 yaşlı ulduzun xidmətində "Yuventus" və "Atletiko" maraqlıdı.
Qeyd edək ki, PSJ Kavanini 2013-cü ildə "Napoli"dən 65,5 milyon avroya almışdı. Hazırda "Transfermarkt" ona 45 milyon avro qiymət qoyub. 30 yaşlı forvard cari mövsümdə keçirdiyi 28 oyunda 26 qol vurub və 6 məhsuldar ötürmə edib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər