PSJ klubu Lionel Messinin zədəli olmasına baxmayaraq, milli komandada çıxış etməsindən məmnun deyil.
Fanat.Az xəbər verir ki, Paris klubu ulduz futbolçuya Argentina millisinin son oyununda meydana çıxdığı üçün kəskin reaksiya verib.
PSJ-nin idman direktoru Leonardo verdiyi açıqlamalarda dizindən aldığı zədə səbəbindən bir müddət komanda ilə meydana çıxa bilməyən Messinin sağalar-sağalmaz milliyə getməsindən razı qalmadığını bildirib. “Biz qəbul etmirik ki, fiziki cəhətdən millidə oynamağa qadir olmayan futbolçu gedib millidə oynasın”.
Qeyd edək ki, bu mövsüm zədələrin təsiri ilə PSJ-də 8 oyun keçirə bilən Lionel Messi 3 qol vurub.
Mirağa