PSJ-də itki

PSJ-də itki

PSJ-nin yarımmüdafiəçisi Marko Asensio ayağından aldığı zədə səbəbindən ən azı sentyabrın sonuna kimi komandasına kömək etməyəcək.

Fanat.Az xəbər verir ki, ispaniyalı futbolçu Liqa 1-də Marsel “Olimpik”i və “Klermon”la oyunları, həmçinin, UEFA Çempionlar Liqasının qrup mərhələsində “Borussiya” (Dortmund) ilə matçı buraxacaq.

27 yaşlı futbolçunun PSJ ilə müqaviləsi 2026-cı ilin yayınadək nəzərdə tutulub.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər