PSJ-də gərginlik: Neymar "Twitter"də etirazını bildirdi

PSJ-də gərginlik: Neymar "Twitter"də etirazını bildirdi

PSJ bu mövsümə fantastik başlasalar da, Fransa mətbuatı Paris klubunun soyunub-geyinmə otağında gərginlik hökm sürdüyünü iddia edir.

Fanat.Az xəbər verir ki, Neymarla Kilian Mbappenin "mehriban düşmən" olduqları iddia edilir.  Braziliyalı ulduzun son hərəkəti narazılığı artırıb. 

Fransa mətbuatının yazdığına görə, klub penalti vuruşlarını yerinə yetirən futbolçu kimi Mbappeni seçib və bu, Neymarın xoşuna gəlməyib. O, "Twitter"də buna etirazını nümayiş etdirib. Belə ki, "Monpelye" ilə matçının 22-ci dəqiqəsində PSJ penalti vurmaq hüququ qazanıb. Lakin Mbappe vəziyyəti qola çevirmədi. Daha bir penalti zərbəsini 20 dəqiqə sonra qazanan parislilərin heyətində bu dəfə Neymar topa yaxınlaşıb və onu qola çevirib. 

Neymarın fanatlarından biri bu hadisəyə qəzəblənib. O, matçdan sonra klubu və Mbappeni tənqid edib: "Bundan sonra PSJ-də penalti zərbələrini Mbappe yerinə yetirəcək - bu, rəsmidir. Müqavilədə belə yazıldığı açıq-aydın görünür. Çünki dünyanın heç bir komandası Neymarı ikinci penaltivuran qoymazdı. Görünən odur ki, Mbappe indi PSJ-nin sahibidir".

Braziliyalı hücumçu fanatının bu paylaşımını layk edərək hazırkı vəziyyətdən razı olmadığını rəhbərliyə çatdırıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər