PSJ-də gərginlik - Neymar klub rəsmisi ilə dalaşdı

PSJ-də gərginlik - Neymar klub rəsmisi ilə dalaşdı

PSJ-nin braziliyalı ulduzu Neymar ilə klubun futbol müşaviri Luis Kampos paltardəyişmə otağında mübahisə edib.

Fanat.Az "RMC Sport"a istinadən xəbər verir ki, bu, fevralın 11-i axşam La Liqa 1-də "Monako"ya məğlubiyyətdən (1:3) sonra baş verib.

Neymar və klub rəsmisi portuqal dilində yüksək səs tonu ilə danışıblar. Daha sonra mübahisə böyüyüb və davaya komandanın kapitanı Markinyos da qoşulub. Luis Kampos komanda liderlərinin oyunundan narazı qalıb və bunu Neymarla mübahisədə dilə gətirib. 

Qeyd edək ki, PSJ son iki turda məğlubiyyətlə üzləşib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər