PSJ-də gərginlik: Mətbuatın gözündən qaçmadı

PSJ-də gərginlik: Mətbuatın gözündən qaçmadı

İtaliya millisinin və PSJ-nin qapıçısı Canluici Donnarummanın (Gianluigi Donnarumma) əsas heyətdə yer almaması mətbuatda bir sıra suallar doğurub.

Fanat.Az "Footmercato" nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı qapıçının son 8 oyunun ikisində meydana çıxması İtaliya mətbuatında gündəmə gəlib.

"La Gazetta dello Sport" nəşri Mourisio Poçettinonun və məşqçilər heyətinin qapıçılar Serxio Riko və Donnarumma üçün gərginlik yaratdığını iddia edib. 

Məşqçi əsas heyətdə Keylor Navasa üstünlük vermə səbəbini hələ açıqlamayıb.

Xatırladaq ki, PSJ Fransa çempionatında 7 tura 21 xal toplayıb və turnir cədvəlinə başçılıq edir.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər