PSJ "böyük beşlik" klublarından bunu bacaran tək komandadır

PSJ "böyük beşlik" klublarından bunu bacaran tək komandadır

PSJ bu mövsüm Avropanın "böyük beşlik" liqalarında və avrokuboklarda məğlubiyyət acısı dadmayan yeganə komandadır.

Fanat.Az xəbər verir ki, Çempionlar Liqasının 6-cı turunda "Napoli" "Liverpul"a 0:2 hesabı ilə uduzandan sonra parislilərin yeganə şəriki də sıradan çıxıb.

Hazırda 35 xalla Liqa 1-in turnir cədvəlinə başçılıq edən Kristof Qaltyenin yetirmələri ÇL-in qrupunda da 11 xalla lider mövqeyindədir. 

Ümumilikdə çıxdığı 18 qarşılaşmanın 4-də heç-heçə edən Fransa nəhəngi  qalan duellərdə rəqiblərini üstələyib.

Qeyd edək ki, PSJ bu gün ÇL-də növbəti oyununu keçirəcək. Paris komandası "Yuventus"un qonağı olacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər