PSJ-nin yarımmüdafiəçisi Marko Asensio komandasının bu mövsüm hədəfləri ilə bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, AS ispaniyalının dediklərini belə təqdim edib:
"Möhtəşəm komandamız var. Nəyin təhlükə altında olduğunu başa düşürük. Biz düzgün yoldayıq, azarkeşlərlə əla əlaqəmiz var.
İndi mövsümün ən vacib hissəsi və Liqa 1-in son mərhələsi gəlir. Biz kubokun finalına çıxdıq və indi Çempionlar Liqasında uğur qazanmaq istəyirik. Bütün diqqətimizi məqsədlərimizə çatmağa yönəlmişik. PSJ bu mövsüm bütün kubokları qazanmaq istəyir”.
Xatırladaq ki, PSJ aprelin 10-da “Barselona” ilə Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununa çıxacaq.
Mirağa