PSJ "Ayntraxt"ın hücumçusu ilə anlaşdı

PSJ "Ayntraxt"ın hücumçusu ilə anlaşdı

PSJ klubu "Ayntraxt"ın hücumçusu Randal Kolo-Muani ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. 

Fanat.Az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.

Tezliklı parislilər futbolçunun transferi üçün almanlara təklif yollayacaq. "Qartallar" bombardiri üçün bonuslar nəzərə alınmasa, 100 milyon avro tələb edir.

24 yaşlı hücumçu ötən mövsüm bütün turnirlərdə 46 oyuna çıxıb, 23 qol vurub, 17 məhsuldar ötürmə edib. Onun "Ayntraxt"la müqaviləsi 2027-ci ilin iyununa qədərdir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər