PSJ-nin hücumçusu Lionel Messi ÇL-in IV turunda "Leypsiq"ə qarşı oyunda iştirak etməyəcək.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 oktyabr tarixində Fransa çempionatı çərçivəsində "Lill"lə (2:1) oyunda zədə alan argentinalı ulduz növbəti matçı buraxmalı olacaq.
Qeyd edək ki, "Leypsiq"lə oyunu Marko Veratti ilə Leandro Paredes də buraxacaq.
Xatırladaq ki, "Leypsiq" - PSJ matçı 4 noyabr, Bakı vaxtı ilə 00:00-da start götürəcək.
Röya