Prosineçki Ronaldo ilə Messini müqayisə etdi

Prosineçki Ronaldo ilə Messini müqayisə etdi
Millimizin sabiq baş məşqçisi Robert Prosineçki "Real"ın hücumçusu Kriştiano Ronaldo ilə "Barselona"lı ulduz Lionel Messi ilə  müqayisə edib.
Fanat.Az xəbər verir ki, bu haqda o, "Sportske Novosti"yə açıqlamasında danışıb. 
Xorvatiyalı mütəxəssis Messinin daha yaxşı olduğunu qeyd edib.
"Ronaldonun statistikası möhtəşəmdir. İnsanlar onu sevə və ya nifrət edə, heyran ola, eyni zamanda təhqir edə bilərlər. Amma o, mənim üçün tarixin ən yaxşı oyunçularından biridir. Ancaq Messi ondan daha yaxşıdır. Onun da statistikası əladır. Messi sehrli və səhvsiz futbol oynayır".
Qeyd edək ki, bir müddət öncə Ronaldo mətbuata açıqlamasında özünü dünyanın ən yaxşı futbolçusu hesab etdiyini demişdi. Argentina millisinin sabiq üzvü, əfsanəvi futbolçu Diyeqo Maradona isə ona axmaqlıq etməməyi məsləhət görmüşdü. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər