"Futbolçu olduğum dövrdə həmişə qələbə qazanmağı istəyirdim. Bu gün baş məşqçi kimi daha çox uzaqgörən olmağa çalışıram". Fanat.az xəbər verir ki, bu sözləri millizin baş məşqçisi Robert Prosineçki deyib.
Xorvat metəxəssis "Artıq bir neçə aydı Azərbaycan yığmasında çalışıram, ailəmlə birgə Bakıda yaşayıram. İnanıram ki, Azərbaycan yığmasının böyük potensialı var və bu komandanı böyük uğurlar gözləyir. Burada yaxşı gələcək vəd edən çoxlu gənc futbolçu var. İnfrastruktur da yaxşı səviyyədədi. Avropa çempionatına vəsiqə qazanmağımız çox yaxşı olardı. Çünki qitə birinciliyinin bəzi oyunları Bakıda keçiriləcək".
Fanat.az