Prezidentliyə namizəd: "Messiyə əvvəlki maaşını təklif edə bilməyəcəyik"

Prezidentliyə namizəd: "Messiyə əvvəlki maaşını təklif edə bilməyəcəyik"
"Barselona" klubunun prezidentliyinə namizəd Antoni Freyksa komandanın kapitanı Lionel Messi ilə yeni müqavilənin detallarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə "El Curubito YouTube" kanalı məlumat yayıb.
Freyska bildirib ki, Messi ilə yeni müqavilə imzalanarkən ona əvvəlki maaşını təklif edə bilməyəcəklər. Beləliklə, argentinalı maliyyə itkiləri ilə üzləşməyə məcbur olacaq.
"Biz Messini əmin etməyəcəyik. Məqsədimiz hər tərəfin, yənı "Barselona"nın və Messinin prioritetlərini müəyyənləşdirməkdir", deyə prezidentliyə namizəd bildirib.
 
Qeyd edək ki, Antoni Freyksa Xosep Bartolomeunun gedişindən sonra Kataloniya klubunun prezidentliyinə namizəd olub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər