Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

Moskvanın "Torpedo" klubu Rusiya Premyer Liqasından (RPL) kənarlaşdırılıb.

Fanat.Az xəbər verir ki, məlumatı "championat.com" yayıb. 

Məlumata görə, buna səbəb paytaxt təmsilçisindəki korrupsiya qalmaqalıdır. "Torpedo"nun təcridxanada saxlanılan prezidenti Leonid Sobolyov hakimi pulla almaqda təqsirləndirilir. Artıq rüşvət almaqda şübhəli bilinən hakim də nəzarətə götürülüb.

Xatırladaq ki, "Torpedo" 2024/2025 mövsümündə 1-ci Liqada 2-ci yeri tutaraq elitada oynamaq hüququ qazanıb. RPL-də yeni mövsüm iyulun 18-də başlayacaq və gələn ilin 17 may tarixində başa çatacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər