"Milan"ın prezidenti Paolo Skaroni komandanın portuqaliyalı hücumçusu Rafael Leau ilə bağlı vəziyyətə aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, "La Gazetta dello Sport" klub başqanının dediklərini belə çatdırıb:
"Mənə Rafaelin həm şəhərdə, həm də klubda özünü xoşbəxt saydığını söyləyiblər. Texniki direktorumuz Paolo Maldini yeni müqavilə ilə bağlı özü hər şeyi edəcək. Buna şübhəm yoxdur. Yəni hər hansı narahatlıq keçirmirəm, arxayınam".
Xatırladaq ki, 2019-cu ildən "Milan"da çıxış edən Leaunun müqaviləsinin müddəti 2024-cü ildə başa çatacaq.
Nihat