Prezident postundan istefa verdi, FİFA işə götürdü

Prezident postundan istefa verdi, FİFA işə götürdü

Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qrey istefa verib. 

Fanat.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti açıqlama yayıb. 

Tabeliyində olan qadın işçilərə qarşı qeyri-etik davranış, həmçinin irqçi münasibət iddiaları ilə bağlı təzyiq altında olan 81 yaşlı funksioner postundan ayrılmalı olub. 

Onun səlahiyyətləri müvəqqəti olaraq Filipp Dialloya tapşırılıb.

2011-ci ildən FFF-nin prezidenti olan, lakin son vaxtlar, xüsusən də radio verilişində Zinəddin Zidana qarşı aşağılayıcı ifadələrindən sonra  populyarlığı azalan Le Qreyin yeni iş yeri də bəllidir. O, bundan sonra FİFA-da çalışacaq. Bu barədə beynəlxalq futbol qurumunun əməkdaşı Erik Borqini məlumat verib. O, fransalı funksionerin FİFA-nın Paris ofisinə rəhbərlik edəcəyini deyib. 

Qeyd edək ki, hələ bir müddət əvvəl Fransa prezidenti Emmanuel Makronun FFF-yə UEFA-nın keçmiş rəhbəri Mişel Platini gətirmək istəməsi haqda xəbər yayılmışdı. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər