Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedov Rio Olimpiya Oyunlarını medalsız başa vuran idmançıları sərt tənqid edib.
Fanat.Az xəbər verir ki, Berdimuhammedov dövlət qəzetinə açıqlamasında medal qazanmayan yerli idmançıları vətənə xəyanət etməkdə günahlandırıb. Prezident son illərdə idmanın inkişafı üçün çox işlər gördüklərini, ancaq yerli idmançıların Rioda uğursuz çıxışla bu səyləri boşa çıxardığını deyib.
Berdimuhammedovun yerli idmançıları sərt tənqid etməsinin səbəblərindən biri də Türkmənistanın qonşuları - Özbəkistan və Qazaxıstanın Olimpiadada uğurlu çıxışı olub. Belə ki, özbəklər Rio Olimpiadasını 4-ü qızıl olmaqla 13, Qazaxıstan isə 3-ü qızıl olmaqla, 17 medalla başa vurub.
Maraqlıdır ki, əslən türkmənistanlı olan, ancaq Rio Olimpiadasında Türkiyə adından çıxış edən Daniyar İsmayılov ağırlıqqaldırmada gümüş medal qazanıb. Türkmənistan isə Rio Olimpiadasını medalsız başa vurub.
Fanat.Az