Prezident Kuboku-2024": Reqatada altıncı medal

Prezident Kuboku-2024": Reqatada altıncı medal

Azərbaycan Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb.

Fanat.Az xəbər verir ki, Qiyas Əhmədov - Vacib Babayev (2008-2009-cu il təvəllüdlü) cütlüyü 200 metr məsafəyə kayak yarışında gümüş mükafata sahib çıxıb.

Qeyd edək ki, bu gün başa çatacaq turnirdə 21 ölkə təmsilçiləri qüvvəsini sınayır. Azərbaycan idmançıları daha əvvəl 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə ediblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər