Prezidenti İlham Əliyev İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və idman mütəxəssisləri ilə görüşüb. Fanat.az xəbər verir ki, dövlət başçıları idmançılarımızı təbrik edib.
İlham Əliyev bildirib ki, Azərbaycan üçün uğurlu olan bu oyunlarda idmançılarımız ümumilikdə 24 medal qazanıb ki, onlardan da 6-sı qızıldı: "Bu qələbə onu göstərir ki, Azərbaycan idman dövlətidi. Ölkəmizdəki idman qurumlarının hamısı bir məqsədə xidmət edir ki, Azərbaycanın uğurları daha da artsın".