Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

İngiltərənin "Nyukasl" klubu mərkəz müdafiəçisi Den Birn ilə yeni müqavilə imzaladığını açıqlayıb.

Fanat.Az xəbər verir ki, klub bu barədə press-reliz yayıb. 

Yeni müqavilənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Birnin indiki müqaviləsi gələn yaya qədər nəzərdə tutulmuşdu. 

33 yaşlı ingilis müdafiəçi 2022-ci ildən "Nyukasl"da çıxış edir. O, 3 il əvvəl "Brayton"dan 13 milyon funt-sterlinqə "sağsağanlar"a keçib. Bu müddət ərzində Bern bütün yarışlarda 148 oyun keçirib, 8 qol vurub və 4 məhsuldar ötürmə verib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər