17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avro-2025-in qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Albaniyada keçirilən qitə çempionatının finalında Portuqaliya və Fransa üz-üzə gəlib.
Tirandakı “Arena Kombitar”da baş tutan həlledici qarşılaşmada portuqaliyalılar rəqibinə 3:0 hesabı ilə qalib gəlib. Qalib komandanın qollarını Kabral, Duarte Kunya və Gil Neves vurub.
Çempionatın bombardiri italiyalı hücumçu Andrea İnasio olub, o, 5 qol vurub.
?? The moment Portugal lifted the trophy ?#U17EURO | @selecaoportugal pic.twitter.com/ZIaBCMnEvu
— UEFA Men's Youth (@UEFAMensYouth) June 1, 2025