"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba karyerasını PSJ-də davam etdirməyə hazırdı.
Poqba uğrunda mübarizədə əsas favorit hələ də "Real" hesab olunur. Madrid klubunun fransız futbolçuya görə dörd oyunçusundan imtina etməyə razı olduğu bildirilir. Bununla belə, Poqba PSJ variantını istisna etmir. Fanat.Az "Le10Sport"a istinadən xəbər verir ki, 27 yaşlı oyunçu Paris klubunda oynamaq fikrinə müsbət yanaşır.
Cari mövsümdə 8 matçda meydana çıxan Poqbanın aktivində 2 məhsuldar ötürmə var. Onun MY ilə olan müqaviləsi 2021-ci ilin yayında başa çatır.
Fanat.Az