Poqba İtaliyaya yollanır, amma "Yuve"yə yox

Poqba İtaliyaya yollanır, amma "Yuve"yə yox

"Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba yenidən İtaliyaya qayıda bilər.

 

 

Fanat.Az "Tuttosport”a istinadən xəbər verir ki, "Yuventus”a dönəcəyi ilə bağlı informasiyalar dolaşan oyunçunun Milan "İnter”ində peyda olmaq variantı da var.

 

 

Milan təmsilçisinin idman direktoru Beppe Marottanın qış fasiləsində ilk işi Poqbanı heyətə qatmaq olacaq. Transfer baş tutsa, "İnter” MY-yə pul və iki futbolçusundan birini verəcək. Bunlar Milan Şkriniarla İvan Perişiçdi. Sözügedən futbolçuların bir müddət öncədən Mourinyonun diqqət mərkəzində olması isə faktdı.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər