Fransa millisinin yarımmüdafiəçisi Pol Poqba Millətlər Liqasının yarımfinalında Belçika üzərində qazandıqları 3:2 hesablı qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, jurnalist Canluka Di Martsio ulduz futbolçunun söylədiklərini belə çatdırıb:
"Rəqib oyuna çox yaxşı başladı. İlk 25 dəqiqədə topa yüksək səviyyədə nəzarət edirdilər. Müdafiə olunmaq məcburiyyətində qaldıq və qapımızda qol gördük. İkinci yarıda isə hər şey fərqli idi. Biz artıq başqa komanda təsiri bağışlayırdıq. Belçikaya görə üzgünəm. Hesabda iki top fərqiylə öndə olduğun oyunu məğlub başa vurmağı qəbul etmək çox çətindir. Rəqibin bu yenilgisi mənə son Avropa çempionatında İsveçrəyə uduzduğumuz matçı xatırlatdı".
Qeyd edək ki, Fransa Millətlər Liqasının finalında İtaliyanı yenərək həlledici oyuna vəsiqə qazanan İspaniya ilə üz-üzə gələcək.
Nihat