Poqba Aleks Ferqyusonu günahlandırdı: "O, mənim ürəyimi "sındırdı"

Poqba Aleks Ferqyusonu günahlandırdı: "O, mənim ürəyimi "sındırdı"
Pol Poqba jurnalist Canluka Di Martsionun saytına açıqlamasında 2012-ci ildə "Mançester Yunayted"dən ayrılma səbəbləri barədə danışıb.
Fanat.Az xəbər verir ki, fransız futbolçu Aleks Ferqyusonun ona inanmadığını bildirib:
"Aleks Ferqyuonla aramda etimad problemi var idi. "Blekbern"lə oyun son oldu. Meydanda bir nəfər də olsun yarımmüdafiəçi yox idi. Mərkəzdə Park Ci Sun və Rafael oynadı, mən isə əvəzedicilər arasında qaldım. Matçdan məğlub ayrıldıq.
Ferqyuson məndən isinməyimi tələb edəndə meydana çıxacağımı düşündüm, amma mənə şans vermədi. Həmin gün Ferqyuson ürəyim sındırdı. Sonra Patris Evra ilə söhbətimdə, komandadan ayrılacağımı dedim. Amma bu, elə də asan olmadı.
"Yuventus"a keçdim. Ancaq orada mənə "ilk 11-lik"də yer alacağıma dair zəmanət verilməmişdi. Əsas heyətdə oynamağa hazır olduğumu göstərmək istəyirdim".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər