Fransa Liqa 1-nin XVII turunda "Bordo"nun qonağı olan "Lill" 0:1 hesabı ilə məğlub olub. Matçın 27-ci dəqiqəsində nigeriyalı Enyeamanı qoruduğu qapıya kamerunlu N`Guemo yol tapıb. Beləliklə, "Lill"in qapıçısının qolsuzluq seriyası 1061-ci dəqədə qırılıb.
Türkiyənin PTT 1-ci liqasında XVI turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Andrey Popoviçlə Usim Ndukanın forma geyindiyi "Tavşanlı Linyitspor" "Adana Dəmirspor"un qonağı olub.
Oyun Adana təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Popoviçin adı yenə "18-liy"ə salınmayıb. Daim əsas heyətdə yer alan Nduka isə bu dəfə ehtiyatda qalıb.
Qeyd edək ki, "Tavşanlı Linyitspor" 15 oyundan sonra 9 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
Fanat.az