Türkiyə Kubokunun 1/4 final mərhələsinin oyunları keçirilir. Fanat.az xəbər verir ki, Andrey Popoviçlə Usim Ndukanın çıxış etdiyi "Tavşanlı Linyitspor" "Akhisar Bələdiyyəspor"u qəbul edib.
Oyun Super Liqa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Dünən A2 liqasında oynayan Andrey Popoviçin adı "18-liy"ə salınmayıb. Komandanın əsas üzvü hesab olunan Usim Ndukaya isə məşqçilər korpusu istirahət verib. Müdafiəçi matçı ehtiyat oyunçular skamiyasından izləyib.
Fanat.az