Polşa yığmasının hücumçusu Super Liqa klubunda

Polşa yığmasının hücumçusu Super Liqa klubunda

“Başakşəhər” növbəti transferini rəsmiləşdirib.

Fanat.Az xəbər verir ki, Super Liqa təmsilçisi Polşa yığmasının və Almaniyanın “Herta” klubunun hücumçusu Kşiştof Pyonteki heyətinə qatıb.

28 yaşlı forvardla 3 illik müqavilə imzalanıb. O, “Başakşəhər”də 9 nömrəli formanı geyinəcək.

Pyontek 2020-ci ildən oynadığı “Herta”da 58 oyuna 13 qol vurub. O, son iki mövsümü icarə əsasında İtaliyada - “Fiorentina” və “Salernitana” komandalarında keçirib. Dha öncə bu ölkədə “Milan” və “Cenoa”nın da uğurları üçün çalışmış forvard Polşa yığmasında 27 oyuna 11 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər